Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 167    Bakı şəhəri, 12 aprel 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında” 2011-ci il 4 may tarixli 67 nömrəli, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 dekabr tarixli 348 nömrəli və “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 960 nömrəli Sərəncamının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, 
№ 5, maddə 441; 2014, № 2, maddə 213; 2017, № 4, maddə 620; Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin 2019-cu il 7 mart tarixli 
80 nömrəli Qərarı) ilə təsdiq edilmiş 
1 nömrəli əlavə - “Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası”nın 1.2-ci bəndində “dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan tələbələr üçün” sözləri “tələbələr üçün dövlət büdcəsinin vəsaiti hesabına” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1638; 2016, № 6, maddə 1202; 2017, № 6, maddə 1232; 2018, № 3, maddə 589) ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.24-cü yarımbəndinin ikinci cümləsinə “qazanarsa” sözündən sonra “(ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə)” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1644; 2018, № 1, maddə 126) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.25-ci yarımbəndinin ikinci cümləsinə “qazanarsa” sözündən sonra “(ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə)” sözləri əlavə edilsin.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə