Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əlaqələr uğurla inkişaf edir

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 30-da Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəlmiş Baş nazirin müavini, daxili işlər naziri Giorgi Qaxaria ilə görüşüb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səmimilik və işgüzarlıq şəraitində keçən görüş zamanı nazirlər xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə, müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq uğurla inkişaf etdiyini, belə görüşlərin əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verdiyini bildiriblər. 
Təmsil etdikləri ölkələrdə kriminogen durum barədə qarşılıqlı fikir mübadiləsi aparan nazirlər onu da məmnunluqla vurğulayıblar ki, dövlətlərimizin müvafiq qurumları arasında əməkdaşlıq, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində işbirliyi, təcrübə və informasiya mübadiləsi, yaradılmış normativ-hüquqi baza yaxın dost və strateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət edir. 
Səmimi görüşə və ətraflı məlumata görə Ramil Usubova minnətdarlığını bildirən Giorgi Qaxaria ölkəmizlə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiklərini, bunun üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb. 
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.  
AZƏRTAC

 

30 Avqust 2018 21:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə