Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal Ekologiya Fondunun İşçi Qrupunun görüşü keçirilir

Qlobal Ekologiya Fondunun İşçi Qrupunun görüşü keçirilir

Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən İşçi Qrupunun 19-cu görüşü keçirilir. 

16-18 aprel 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən görüşün məqsədi 2019-2022-ci illər üzrə həyata keçiriləcək fəaliyyətlər, əldə olunan təcrübələr, davamlı inkişaf məqsədlərinə nail olunmasında QEF-in rolu və Fondun növbəti Şurasının gündəliyinə daxil ediləcək məsələlərlə bağlı müzakirələrin aparılmasıdır.   

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Qafqaz üzrə Regional Ekoloji Mərkəzin Azərbaycan ofisi və digər təşkilatların nümayəndələri iştirak edir.  

Qeyd edək ki, görüş çərçivəsində Qızılağac Milli Parkına səfər təşkil olunacaq.     

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

16 2019 17:32 - EKOLOGİYA
EKOLOGİYA
21 May 2019 | 17:52
Görüş keçirilib
17 May 2019 | 17:46
Görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə