Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda neft istehsalı 0,4 faiz, əmtəəlik qaz hasilatı isə 36 faiz artıb

Azərbaycanda neft istehsalı 0,4 faiz, əmtəəlik qaz hasilatı isə 36 faiz artıb

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-mart aylarında 11,5 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 71,7 faizi mədənçıxarma sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft istehsalı 0,4 faiz, əmtəəlik qaz hasilatı isə 36 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,3 faiz çoxalıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

16 2019 15:15 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə