Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Politoloq: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşünün nəticəsi humanitar sahədə üç vacib razılaşma oldu

Politoloq: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşünün nəticəsi humanitar sahədə üç vacib razılaşma oldu

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən gün Moskvada keçirilmiş görüşü zamanı münaqişə tərəflərinin humanitar əməkdaşlıq sahəsində əməl etməli olduğu vacib məqamlar müəyyənləşdirilib.

Bunu Trend-ə politoloq Arzu Nağıyev nazirlərin görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Moskva görüşü humanitar sahədə üç vacib məqamı müəyyən edib: “İlk növbədə, nazirlər əsirlikdə saxlanılan hərbçilərin ailə üzvləri ilə görüşə bilməsi üçün tədbirlər görülməsi barədə razılıq əldə ediblər. İkincisi, xarici işlər nazirləri iki ölkənin sakinləri arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərləri yolu ilə konkret işlərə başlamağa hazırlıqlarını ifadə ediblər. Üçüncüsü isə onlar kənd təsərrüfatı işləri zamanı münaqişə zonasında sabit vəziyyətin saxlannması barədə razılığa gəliblər”.

Politoloqun fikrincə, bu üç məqam humanitar əməkdaşlığa aid olan substantiv danışıqların vacib komponentləridir. O qeyd edib ki, görüşün yekunlarına əsasən, humanitar məsələlərin həllinə doğru addımlar atılıb, amma qlobal baxımdan münaqişə nizamlanmamış qalır: “Fikrimcə, bu görüşün ardınca növbəti görüş baş tutmalıdır, amma bu üç razılaşmanın icra olunmasından sonra. Qarabağ münaqişəsinin nizamlanmasına gəldikdə isə Azərbaycanın mövqeyi dəyişməz qalır: biz birmənalı olaraq hesab edirik ki, çoxillik problemin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpası və sərhədlərinin toxunulmazlığı, erməni qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılması və qaçqın və məcburi köçkünlərin tarixi torpaqlarına qayıtması şərti ilə mümkündür”.

16 2019 15:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə