Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərracda 15 dövlət əmlakına 50 sifariş verilib

Hərracda 15 dövlət əmlakına 50 sifariş verilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprelin 16-da növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, özəlləşdirməyə çıxarılan dövlət müəssisələrindən 15-nə ümumilikdə 50 sifariş qəbul edilib. Rəqabətli hərracda iştirak edən vətəndaşlardan 10-u seçdiyi dövlət əmlakı üzrə sifarişi olduğu yerdən elektron formada verib. Budəfəki hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri özəlləşdirildi.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxt rayonlarında yerləşir. Onlar arasında rəqabət yaradan əmlak Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki binanın qeyri-yaşayış sahəsidir. İlkin qiymət 3 min manat təyin olunmuş dövlət əmlakının ümumi faydalı sahəsi 28,6 kvadratmetrdir. İştirakçılar arasında rəqabət ilə obyektin qiyməti 3 dəfədən çox yüksələrək 10 min 300 manata özəlləşdirilib. Hərracda öz sahibini tapan digər qeyri-yaşayış sahələri Nəsimi və Binəqədi rayonlarında yerləşir. Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsindəki ticarət obyektinin isə ümumi faydalı sahəsi 125,2 kvadratmetrdir. Adıçəkilən kiçik dövlət müəssisəsi hərracda 14 min manata özəlləşdirilib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

16 2019 14:49 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə