Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya DXR və LXR sakinlərinə pasport verilməsini sadələşdirəcək

Rusiya DXR və LXR sakinlərinə pasport verilməsini sadələşdirəcək

Kreml birtərəfli qaydada  öz müstəqilliklərini elan etmiş Donetsk və Luqansk Xalq respublikalarının əhalisinə sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı verməyi planlaşdırır. “Kommersant” qəzeti dovlət strukturlarındakı mənbələrə əsasən bu xəbəri yayıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin müvafiq qanunu Ukraynada prezident seçkilərinin ikinci turundan sonra imzalayacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Avropa Şurası Parlament Assambleyası özünün qəbul etdiyi qətnamədə qətiyyətlə Rusiya hakim dairələrini Kiyevin nəzarətindən çıxmış ərazilərdə verilən pasportları və mülkiyyət hüquqlarını təsdiqləyən digər sənədləri tanımamağa çağırmışdı.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti” 

16 2019 14:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə