Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallıda ağsaqqallarla görüş keçirilib

Masallıda ağsaqqallarla görüş keçirilib

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü giriş sözü ilə açaraq bildirmişdir ki, rayonun ağsaqqalları – zəngin həyat və iş təcrübəsi olan, camaat arasında nüfuz və hörmətə malik insanlarla ilk görüşü deyil. Əvvəllər də dəfələrlə belə tədbirlər olub və faydalı fikir mübadiləsi edilib.    Rayon mərkəzindəki Ağsaqqallar  Klubunda təşkil olunan budəfəki görüşdə rayon rəhbəri deyib ki, ağsaqqalların məsləhət və təkliflərini öyrənmək işimizə ancaq müsbət təsir göstərə bilər.  

Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanın bütün bölgələrin , o cümlədən Masallının inkişafını da daim diqqət mərkəzində saxlayır və rayona hər zaman  lazım olan qayğını göstərir. Rayonun  bütün ərazilərinin, ucqar kəndlərinin abadlaşdırılması fərəh doğurur. Kənd yollarına asfalt döşənməsi, əhalinin içməli su ilə təminatı, qaz çəkilişi sahəsində xeyli iş görülüb.

Tədbirdə iştirak edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Prezident təqaüdçüsü Şirvan Əbilov, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev,  “Masallı ziyalıları” ictimai birliyini sədri Qardaş Fətullayev, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, ağsaqqal ziyalılardan Rafiq Bağırov, Tofiq Feyzullayev, Əyyub Mehdiyev, Vaqif Şükürov, İldırım Allahyarov, Göyçək Ələsgərova, Ərəstun Əliyev, Naidə Məmmədova və başqaları bu kimi   görüşlərin Masallıda artıq gözəl ənənəyə çevrildiyini, ərazilərdə keçirilən səyyar qəbullara da həmişə ağsaqqalların dəvət edilməsini müsbət qiymətləndirib, rayonda aparılan abadlıq-quruculuq işlərini təqdir ediblər.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”  

16 2019 14:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin