Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parisdəki Məryəm Ana Kilsəsində yanğın baş verib

Parisdəki Məryəm Ana Kilsəsində yanğın baş verib

Fransa paytaxtının fövqəladə xidmətlərinə istinadla verilən məlumata görə,  aprelin 15-də axşam Parisdəki Məryəm Ana kilsəsində yanğın baş verib.

Bu məbəd Paris arxiyeparxiyasının kafedral kilsəsidir, Notr-Dam-de-Pari məbədi kimi daha çox tanınır və Fransa paytaxtının ən  simvolik yerlərindən biridir. İki əsr arasında - 1163-cü ildən 1345-ci ilə qədər Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə inşa olunub. Qotik memarlıq üslubuna gözəl nümunədir. Fövqəladə xidmətlər dərhal yanğının söndürülməsinə cəlb ediliblər. Dünənki  xəbərləri heç birində zərərçəkənlər haqqında məlumat verilməyib. Adamlar dərhal təxliyə olunub, ətrafda kordon qurulub.

Hazırda kilsədə bərpa işləri aparılır. Alışma da məhz məbədin başındakı uzun mil bərkidilən zaman onun dam hissəsində baş verib. Orada xeyli ağac materialları varmış. Məbədin çardağı tamamilə yanıb, mili uçub.  

Bu səhər yenilənmiş xəbərlərdə bildirilir ki, yanğınsöndürənlər böyük yanğını gecəyarısı söndürməyə nail olublar. Bir yanğınsöndürən xəsarət alıb. Hər ehtimala qarşı yanğının mümkün mənbələri nəzarətdə saxlanıb və qızmış konstruksiyalar soyudulub.

 

 Əli NƏCƏFXANLI,
“Xalq qəzeti” 

16 2019 14:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin