Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaradağda top mərmisi zərərsizləşdirilib

Qaradağda top mərmisi zərərsizləşdirilib

Ötən gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 17:36-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Bakı şəhəri, Qaradağ rayonu ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və SOCAR-ın təhlükəsizlik idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və SOCAR-ın təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən birlikdə sözügedən əraziyə baxış keçirilib. Təhlükəsizliyini təmin etmək məqsədilə ərazi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirtdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 3,000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

16 2019 12:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə