Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başladı

Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu tərəfindən Gənclərin Məşğulluğu Proqramına start verilib.  

Bununla əlaqədar keçirilən mətbuat konfransında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun bu sahədə gördüyü işlər sırasında gənclərin məşğulluğunun dəstəklənməsinin mühüm yer tutduğunu, hazırda başlanan Gənclərin Məşğulluğu Proqramının qeyd olunan istiqamətdə növbəti addım olduğunu qeyd edib.

Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev dövlət başçısının uğurlu sosial-iqtisadi siyasətində gənclərin məşğulluğunun təmin edilməsinin mühüm yer tutduğunu bildirib.

Mətbuat konfransında qeyd olunub ki, Gənclərin Məşğulluğu Proqramının  məqsədi gənclərin uğurlu karyera planlaşdırmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, iş üçün müraciət edən gəncin ilk iş təcrübəsi qazanmasına, əmək bazarında rəqabətin artırılmasına dəstək verməkdir.

Ali və orta-ixtisas təhsili müəssisələrinin 29 yaşına qədər olan məzunları Proqram çərçivəsində işə cəlb olunacaqlar. Onlarla minimum 1 illik əmək müqaviləsi bağlanacaq və müəyyən müddətə əmək haqqının bir  qismi Fond tərəfindən maliyyələşdiriləcək.

Proqramın icrası zamanı  sosial cəhətdən həssas kateqoriyalardan (əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, məcburi köçkünlər və s.) olanlara, regionlarda yaşayanlara, iş təcrübəsi olmayanlara üstünlük veriləcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 12:10 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin