Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İntellekt yarışı başa çatıb

İntellekt yarışı başa çatıb

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitet tələbələrinin intellekt yarışı keçirilib.

Komitənin sədri Elvin Kərimli bildirib ki, onun rəhbərlik etdiyi təşkilat tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün bu tipli intellektual oyunlar və maraqlı tədbirlər keçirir. O, keçirilən bu tədbirin ötən il “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə” həsr olunmuş intellektual yarışın davamı olduğunu qeyd edib. 18 komandanın iştirak etdiyi yarış iki mərhələdə keçirib.

Sonda I yeri “Assimilant” komandası (Tural İbrahimli, Coşqun Adilov, Elvin Zeynalov, Kamran Əliyev), II yeri “Tetrasticha” komandası (Millət Hacıyev, Fəyyaz Aslanov, Fidan Fətizadə, Sara Fətəli), III yeri “Apoptoz” komandası (Əmin Hüseynli, Mircavad Babayev, Etibar Hüseynov) tutublar. Qaliblərə sertifikstlsr və hədiyyələr verilib. Sonda E.Kərimli qaliblərə və yarışın təşkilində fəallıq göstərən THİK-in büro üzvləri-- Cavid Əliyevə, Sərxan Cəfərliyə, Vüsalə Məhərrəmli, Sona Məmmədovaya, Həsən Məmmədova, Qaysar Şabanova, Nihad Novruzova və fakültə sədrləri --Ella Qocayevaya, Rəşad Məmmədliyə, Cavid Mustafazadəyə, Ləman Pirməmdovaya təşəkkürünü bildirib və bu cür tədbirin davamlı olacağını bildirib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 11:59 - ELM
ELM
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə