Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rektor dissertant və doktorantlarla görüşüb

Rektor dissertant və doktorantlarla görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-nun dissertant və doktorant adını qazanmış nümayəndələrlə görüş keçirib.   Rektor bildirib ki, universitetə doktoranturaya və dissertanturaya daxil olmuş yeni mütəxəssislərlə görüşün təşkili artıq ənənə halını alıb. Belə görüşlərin əsas məqsədi ATUnun yeni nümayəndələri ilə yaxından tanış olmaqdır.

O deyib: “Siz doktorantura və dissertantura dövründə universitetimizin əməkdaşları hesab olunursuz. İstər universitetdə təşkil olunan konfrans və digər tədbirlərdə iştirak edə bilərsiz. Ona görə də burada aparılan islahatlar, elmi tədqiqatlar sahəsində tətbiq olunan dəyişikliklər haqqında məlumatlı olmalısınız. Eyni zamanda, biz də sizi narahat edən məsələlərdən xəbərdar olmalıyıq”.

G.Gəraybəyli Azərbaycanda elmin inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edərək, prezident İlham Əliyevin sərəncamına əsasən, elm işçilərinin yeni attestasiya qaydalarının hazırlandığını xatırladıb. Professor G.Gəraybəyli bu il qəbul qaydalarının sərtləşdirilməsinə baxmayaraq, ingilis dili istiqamətində gənc kadrların sayının artmasından məmnunluğunu bildirib. ATU rektoru universitetin gənc əməkdaşları sırasına yeni qoşulanlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, bu il 29 nəfər ATU-nun dissertantı, 22 nəfər isə doktorantı olmaq imkanı qazanıb. Onlarla görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, doktorantura və dissertantura şöbəsinin müdiri, professor  Nailə Sultanova da iştirak ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 11:37 - TƏHSİL
TƏHSİL
4 Oktyabr 2019 | 15:59
Oğuzda ADAU söhbəti

Köhnə versiyamızdan xəbərləri izlə