Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin siyasəti milli maraqlarımıza tam cavab verir

Prezident İlham Əliyevin siyasəti milli maraqlarımıza tam cavab verir

Fransanın nüfuzlu “Opinion Way” təşkilatının Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlara dair rəy sorğusunda Prezident İlham Əliyevin fəaliyyətinin respondentlər tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycan xalqının dövlət başçısı ətrafında sıx birləşməsinin göstəricisidir. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, xalq Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən bütün islahatların müsbət nəticələrini görür, öz həyatlarında hiss edir və görülən işləri yüksək dəyərləndirir: “Prezident İlham Əliyevin fəaliyyətinin son bir ili inqilabi islahatlar ilidir və ölkənin bütün sahələrində çox böyük müsbət dəyişikliklər olub, çox böyük işlər görülüb. İqtisadiyyat, mədəniyyət, sosial, ordu quruculuğu və digər sahələrdə layihələrin gerçəkləşdirilməsində Azərbaycan ön sırada gedən ölkələrdəndir. Azərbaycan son bir il ərzində öz gücünü daha da artırıb. Hesab edirəm ki, bundan sonra da Azərbaycan nəinki regionda, ümumiyyətlə, dünyada reallaşdırılan iri layihələrin əsas müəllifləri ilə bir sırada olacaq”.
Deputat qeyd edib ki, Azərbaycanda söz azadlığı, insan haqları yüksək səviyyədə qorunur və ölkə vətəndaşına çox böyük önəm verilir: “Prezident İlham Əliyev həm Azərbaycan dövlətinin, həm də vətəndaşların tam müdafiəsini təmin edir. Əlbəttə ki, xalqımız bütün bu işləri görür, Prezidentin siyasətini dəstəkləyir və onun ətrafında sıx birləşərək Azərbaycanın uğurlu gələcəyi naminə inamla addımlayır. Bir sözlə, sorğunun nəticələri göstərdi ki, Prezident İlham Əliyevin siyasəti Azərbaycanın milli maraqlarına tam cavab verir”.

 

 

15 2019 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə