Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanı tərəqqiyə aparan lider

Azərbaycanı tərəqqiyə aparan lider

Bir çox xalqlar arzulayırlar ki, onların da cənab İlham Əliyev kimi bacarıqlı, beş dildə danışa bilən, müxtəlif mövzulara dair əhaləti bilgilərə malik, geniş dünyagörüşlü bir lideri olsun. Hesab edirəm ki, bu sarıdan Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə İlham Əliyev kimi lider qismət olmuşdur.
Kurt Ueldon,
ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinin sabiq sədri 


Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun yekunları ilə tanış olanda və sorğu nəticəsində Prezident İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunun öz təsdiqini tapdığını biləndə gözlərim önündə dünyanın tanınmış ictimai-siyasi xadimlərinin və diplomatlarının dövlətimizin başçısının siyasi fəaliyyətinə verdiyi yüksək dəyər canlandı. İlk növbədə, ABŞ-ın çox nüfuzlu konqresmeni Kurt Ueldonun dediklərini xatırladım “ Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə İlham Əliyev kimi lider qismət olmuşdur”.
Bu fikirlər dünyaca şöhrətli bir diplomata məxsusdur. Bu, yalnız dəryadan bir damladır. Belə faktlar minlərlədir. Son 16 ildə dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən keçirilən rəy sorğusunun nəticəsində də dövlət başçısının liderliyi öz təsdiqini tapıb. Keçirilən rəy sorğusunun nəticəsi Prezident İlham Əliyevin böyük siyasətə yeni düşüncə tərzi, gətirdiyinə şübhə yeri qoymadı.
Dövlət başçısının uğurlu xarici siyasəti sayəsində son illər Azərbaycanın siyasi və iqtisadi qüdrəti qat-qat artıb, respublikamız hətta dünyadakı proseslərə təsir etmək gücünə malik ölkəyə çevrilib. Yeri gəlmişkən, sorğuda Azərbaycanın xarici siyasətlə bağlı respondentlərin mövqeyi öyrənilib. Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edir. Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb, onların 73,9 faizi isə suala “əla” cavabı verib.
Xatırladım ki, keçən il xarici siyasət sahəsində uğurlarımız çox olub. Dövlətimizin başçısı ötən il xarici ölkələrə 16 səfər etmiş və Azərbaycana 16 dövlət və hökumət başçısı gəlmişdir. Bu, bir daha təsdiqləyir ki, xarici siyasətimiz çoxşaxəlidir. Azərbaycanın “azadlıq adası” kimi tanınmasının nəicəsidir ki, hazırda bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır.
Bu gün ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Bütün bunlar Prezident İlham Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasətin bariz nümunəsidir. Bunu “Opinion Way” şirkətinin rəy sorğusunun nəticələri də təsdiqlədi.

Çingiz QƏNİZADƏ,
 Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru

 

15 2019 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 Oktyabr 2019 | 11:18
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə