Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib

Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində aprelin 15-də Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil edilib. 

AZƏRTAC xəbər verir ki, əvvəlcə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli sərəncamından bəhs edib. 
Müasir dövrün sosial bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə fikirlərini bildirən rektor ölkəmizdə narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun qanunvericilik tədbirlərindən və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən danışıb. E.Babayev narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının ­alınması, narkomanlığa düçar olanların müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin önəmini qeyd edib.  
Sonra Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqo şəhərində fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron mühazirə oxuyub. O, Amerika Birləşmiş Ştatlarında narkomaniya ilə bağlı vəziyyətin ağırlığından, onun qurbanlarının ilbəil artmasından bəhs edib. Məlum olub ki, əgər 1990-cı illərdə ABŞ-da 10 min gənc bu bəladan əziyyət çəkirdisə, 2007-ci ildə bu rəqəm 35 min, 2018-ci ildə 72 min olub. 2019-cu ildən isə bu göstəricinin 80 min olacağı gözlənilir.
Tədbirdə Kolumbiyanın Narkotiklərlə Mübarizə İdarəsinin Boqotada fəaliyyət göstərən əməkdaşı Bobi Lukas narkomaniyanın qarşısının alınması yolları və üsulları barədə məlumat verib.
Seminar tələbələrin, müəllimlərin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

 

 

15 2019 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə