Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biləsuvarda ikigünlük seminar-müşavirə

Biləsuvarda ikigünlük seminar-müşavirə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu rayonda “Azərbaycanda dövlət-din münasibətləri: Tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, dindarlar, kənd icra nümayəndələri, məktəb direktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov rayondakı dini durum barədə məlumat verərək bildirib ki, milli-mənəvi və dini dəyərlərimizin təbliği dövlətimizin siyasətində mühüm istiqamətlərdən biridir. O qeyd edib ki, ölkəmiz multikultural, tolerantlıq nümunəsi olmaqla yanaşı, adət-ənənələrimizin qorunub saxlanılmasına böyük önəm verir, xalqımızın söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasını təşkil edir.
Mövzunun əhəmiyyətindən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə radikalizm ideyalarının yayılmasının qarşısının qətiyyətlə alındığını, o cümlədən, dinlə, milli-mənəvi dəyərlərlə bağlı düzgün maarifləndirmə işinin bir neçə istiqamətdə aparıldığını bildirib. Dövlət Komitəsinin maarifləndirmə məqsədilə ölkənin, demək olar ki, bütün rayon və şəhərlərində ardıcıl olaraq dəyirmi masalar, konfranslar keçirdiyini önə çəkən natiq bu tədbirlərin əsas mövzusunun dövlət-din münasibətləri, ölkəmizin tolerantlıq ənənələri, onların qorunması və daha da inkişaf etdirilməsi, ənənəvi İslamın müasir cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması və ən əsası da gənclərin maarifləndirilməsi olduğunu qeyd edib. Gənclərin düzgün dini biliklərə yiyələnmələrinin vacibliyini diqqətə çatdıran S.Salahlı dünyada baş verən münaqişələrin bir hissəsinin dini zəmində olduğunu bildirib. Bildirilib ki, bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır, dünyəvilik anlayışı ilə dini dəyərlərin ziddiyyət təşkil etməsi ilə bağlı əsassız fikirlər səsləndirilir. Bunların da qarşısını yalnız dini və dünyəvi bilikləri yüksək olan cəmiyyət ala bilər.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Seminar-müşavirə işini aprelin 12-də davam etdirilib. Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı tədbirin mövzusu və əhəmiyyəti barədə ətraflı məlumat verib. Respublikanın hər yerində olduğu kimi, Biləsuvarda da dövlət-din münasibətlərinin daim qorunub saxlandığını qeyd edən natiq bu sahədə görülmüş işlər haqqında danışıb.
Səyyad Salahlı mövzu ətrafında geniş və əhatəli nitq söyləyib. O, ölkəmizdəki dövlət-din münasibətlərinin tarixi kökləri, ənənələr və müasir yanaşmalar haqda danışıb. Ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin Azərbaycanda tolerant və multikultural mühitin formalaşmasına verdikləri töhfələrdən söz açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə din-dövlət münasibətlərində müasir yanaşmalardan, digər cəmiyyətlərdə mövcud anoloji vəziyyətin müqayisəli təhlilindən söz açıb və tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə çəkilmiş “Üfüqdəki gələcək” filmi nümayiş etdirilib. Yekunda komitənin din, mənəviyyat və ənənələrlə əlaqədar mövzuları əhatə edən yeni nəşrləri iştirakçılara paylanıb.

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”

15 2019 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə