Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəristiliktəchizat” ASC AÇIQ TENDER ELAN EDİR

 “Azəristiliktəchizat” ASC AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot- 1. Xüsusi texnika və nəqliyyat vasitələrinin ehtiyat hissələri və servis xidmətlərinin satın alınması .
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensialın mövcudluğu meyarlarına üstünlük veriləcəkdir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 nömrəli (əlaqələndirici şəxs -Rafiq Əliyevdən , telefon - 579 52 98) ünvandan ala bilərlər .
İştirak haqqı 100 manatdır. 
H/h- AZ62AİİB33010019442200226122
VÖEN- 1700531291
“Kapital Bank” ASC-nin Qaradağ filialı
Kod- 200220
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
SWİFT- AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
-tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları və digər sənədlər: 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət ­satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 may 2019-cu il saat 16.00 -a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30 may 2019-cu il saat 16.00-a qədər “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 3 nömrəli ünvana təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 31 may 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

16 2019 02:39 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
24 Aprel 2019 | 03:23
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin