Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti limandakı terminallarda gəmilərin təhlükəsiz yanalma əməliyyatlarının təşkili üçün xidmətlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti limandakı terminallarda gəmilərin təhlükəsiz yanalma əməliyyatlarının təşkili üçün xidmətlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

I. Tenderdə iştirak üçün təqdim edilməli sənədlər:
 - tenderdə iştirak etmək üçün yazılı müraciət;
 - iştirak haqqının ödənilməsi barədə bank sənədi;
 - tender təklifi.
Müsabiqədə iştirak haqqında müraciət (imzalanıb möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Azərbaycan dilində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Bakı Limanı”) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.
II. İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:
 Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunan məbləğdə iştirak haqqını Bakı Limanının bank hesabına ödəyib ödənişi təsdiqləyən sənədi Bakı Limanına təqdim etməlidirlər. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın IV bəndində göstərilən tarixədək həftənin istənilən iş günü saat 9.30-dan 17.30-a kimi ala bilərlər.
 İştirak haqqı 200 manatdır.
İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları və Avro ilə ödənilə bilər.
Hesab nömrələri-
Bank rekvizitləri - “Kapital bank”ın 1 saylı Səbail filialı
Kod- 200059
M/h-AZ37NABZ01350100000000001944
VÖEN- 9900003611
SWIFT- AIIBAZ2X
Beneficiary name- Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Beneficiary account- AZ27AIIB33010019443500206105
VÖEN- 9900065281
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
III. Əsas şərtlər toplusunu alan malgöndərənlər (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:
• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında arayış;
• son bir ildəki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
• son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
• tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
• mənşə və uyğunluq sertifikatları;
• digər sənədlər.
Yuxarıdakı sənədlər 20 may 2019-cu il saat 18.00-a qədər göstərilən ünvana təqdim edilməlidir.
IV. Tender təklifi və tender təklifi təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:
• tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);
• tender təklifinin ümumi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 27 may 2019-cu il saat 18.00-a qədər göstərilən ünvana təqdim edilməlidir.
Həmin vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
V. Müsabiqədə tətbiq edilən qaydalar və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin müstəsna hüququ barədə məlumat:
• tender Bakı Limanı baş direktorunun 21 dekabr 2016- cı il tarixli 55 nömrəli əmrinə və həmin əmrlə təsdiq olunmuş Bakı Limanının daxili satınalma prosedurlarına uyğun keçirilir.
• Bakı Limanının daxili satınalma prosedurlarına uyğun olaraq satınalma komissiyası bütün müsabiqə təkliflərini rədd etmək və müsabiqəni ləğv etmək hüququna malikdir.
VI. Satınalan təşkilatın ünvanı-
Ünvan- AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi 72.
VII. Əlaqələndirici şəxs- Hacıyeva Aytəkin Əvəz qızı, satınalmalar şöbəsinin aparıcı mütəxəssisi, telefon nömrəsi- +994 12 498-91-84.
e-mail: [email protected]
VIII. Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri-
Zərflər 29 may 2019-cu il, Bakı vaxtı ilə saat 17.00-da elanın VI bölməsində göstərilən ünvanda açılacaqdır.
IX. Təkliflərin müqayisə edilməsi və qiymətləndirilməsi aşağıdakı meyarlara əsasən həyata keçiriləcəkdir:
• qiymət;
• keyfiyyət;
• təcrübə;
• maliyyə vəziyyəti və s.

Satınalma komissiyası

 

16 2019 02:39 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Oktyabr 2019 | 00:02
B İ L D İ R İ Ş
22 Oktyabr 2019 | 00:02
B İ L D İ R İ Ş
22 Oktyabr 2019 | 00:01
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə