Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ 2019-cu ildə sair xərclər maddəsi üzrə (282100 sair xərclər maddəsi üzrə) Gəncə şəhər məktəbəqədərtəhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ 2019-cu ildə sair xərclər maddəsi üzrə (282100 sair xərclər maddəsi üzrə) Gəncə şəhər məktəbəqədərtəhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot – 1. Gəncə şəhər məktəbəqədərtəhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması. 
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun tender təkliflərini möhürlənib imzalanmış, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq istəyən iddiaçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər. 
Əlaqələndirici şəxs – Məlahət Salahova, telefon – (022) 256-10-39.
Ünvan – Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati bina.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər. 
İştirak haqqı 250 manatdır. 
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Təşkilat – Gəncə Şəhər İcra Hakimiyyəti
H/h – AZ24CTRE00000000000002510631
VÖEN – 2300571241
Bank – Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005
VÖEN – 1401555071
M/h – AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
–tenderdə iştirak etmək üçün yazılı müraciət;
–tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
–tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
–tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
–Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış; 
–iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
–iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
–iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
–iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
–digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 may 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 may 2019-cu il saat 17.00-a qədər Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati binada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 16 may 2019-cu il saat 11.00-da Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati binada açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

16 2019 02:38 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
24 Aprel 2019 | 03:23
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin