Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mun Çje İn: Şimali və Cənubi Koreya liderlərinin sammitinə hazırlaşmağın vaxtı çatıb

Mun Çje İn: Şimali və Cənubi Koreya liderlərinin sammitinə hazırlaşmağın vaxtı çatıb

Cənubi Koreya Prezidenti Mun Çje İn Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen Inla dördüncü görüşə hazırlaşmaq niyyətində olduğunu bəyan edib. Bu barədə məlumatı “Yonhap” agentliyinə istinadən TASS verib. 

Cənubi Koreya lideri keçirdiyi müşavirədə bəyan edib: “Şimal və Cənub liderlərinin sammitinə hazırlaşmağın vaxtı çatıb”. 
Onun sözlərinə görə, Şimali Koreya tərəfi hazır olduğunu elan edən kimi, dördüncü görüş baş tutacaq. “Şimali Koreya hazır olanda Şimal və Cənub arasında növbəti sammit formatından asılı olmayaraq istənilən yerdə baş tuta bilər”, -- deyə prezident Mun Çje İn bildirib.
Aprelin 10-da “Chosun Ilbo” qəzeti Cənubi Koreya prezidentinin administrasiyasına istinadən məlumat yaymışdı ki, Seul Mun Çje İn və Kim Çen Inın növbəti görüşünü aprelin axırlarına planlaşdırır. 
Cənubi Koreyanın “Yonhap” agentliyinin başqa bir məlumatına görə, KXDR lideri Kim Çen In aprelin axırlarında Rusiyanın Uzaq Şərq regionuna səfərə gedə bilər. KXDR-in Moskvadakı səfirliyi isə TASS-ın bununla bağlı sualına cavab olaraq bildirib ki, “bizdə bu barədə heç bir informasiya yoxdur”. 
Xatırladaq ki, 2018-ci ilin aprelindən bəri Cənubi Koreya və KXDR liderləri arasında üç görüş keçirilib. Birinci görüş aprelin 27-də iki ölkənin sərhədindəki Pxanmuncom yaşayış məntəqəsində olub. Bu görüş nəticəsində tərəflər yarımadanın nüvəsizləşdirilməsi, sülh müqaviləsi imzalanması, gələcəkdə humanitar sahədə əməkdaşlığın inkişafı, eləcə də sərhəddə təbliğatın tamamilə dayandırılması ilə bağlı razılığa gəliblər. Mayın 26-da Pxanmuncomda liderlər ikinci dəfə görüşüblər. Üçüncü sammit isə keçən il sentyabrın 18-də Pxenyanda keçirilib. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

15 2019 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə