Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaşinqtonda ABŞ–Türkiyə əlaqələrinə həsr olunan konfrans keçirilib

Vaşinqtonda ABŞ–Türkiyə əlaqələrinə həsr olunan konfrans keçirilib

“Türkiyə və ABŞ öz aralarındakı fikir ayrılıqlarını həll etmək iqtidarındadır”. Bu fikri dünən Vaşinqtonda keçirilən ABŞ–Türkiyə əlaqələri üzrə ənənəvi 37-ci konfransda Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın səsləndirib. Məlumatı “Anadolu” agentliyi yayıb.

Qeyd edək ki, konfrans Türkiyənin Vaşinqtondakı səfirliyində Türkiyə-ABŞ İşgüzar Əməkdaşlığı Assosiasiyası tərəfindən təşkil olunub. İ.Kalın tədbirdəki çıxışında bildirib ki, Türkiyə və ABŞ prezidentləri arasında qarşılıqlı anlaşma mövcuddur. Üstəgəl, iki ölkə arasında əlaqələrin dərin kökləri var. Məhz bu amillər tərəflərin fikir ayrılıqlarını aradan qaldıra biləcəklərinə ümidləri artırır. 
İ.Kalın həmçinin vurğulayıb ki, son iki ildə yaranan problemlərin həlli üçün Ankara ilə Vaşinqton arasında dostluq münasibətlərini bundan sonra da qoruyub saxlamaq vacibdir.
Mətbuat xidmətinin rəhbəri sonra deyib: “Türkiyə sürətlə inkişaf edən demokratik bir dövlət olaraq regionun bütün ölkələri ilə konstruktiv əlaqələr qurmaqda maraqlıdır. 
Konfransda Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Ruhsar Pekcan, başqa türkiyəli rəsmilər və Birləşmiş Ştatlardan olan bir sıra nüfuzlu siyasətçilər iştirak ediblər. 
Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç tədbirdə bildirib ki, Türkiyə-ABŞ münasibətləri son 60 il ərzində ümumi məqsədlər, maraqlar və dəyərlər ətrafında formalaşıb. Səfirin sözlərinə görə, Ankara ilə Vaşinqton arasındakı mövcud problemləri konstruktiv dialoq yolu ilə həll etmək mümkündür. 

M.HACIXANLI, “Xalq qəzeti” 

15 2019 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə