Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tereza Mey parlamentlə danışıqları davam etdirəcək

Tereza Mey parlamentlə danışıqları davam etdirəcək

“Euronews” agentliyinin yaydığı məlumata görə, Böyük Britaniyanın Baş naziri Tereza Mey parlamentlə danışıqları davam etdirəcəyini açıqlayıb. 

Mənbə yazır ki, xanım Meyin müzakirə edəcəyi əsas məsələlər ekologiya və təhlükəsiziliklə bağlı olacaq. Prosesin gələn həftə sürətləndirilməsi nəzərdə tutulub. Baş nazir parlamentə ölkənin Avropa İttifaqından çıxması ilə bağlı bir neçə variant təklif etməyi planlaşdırır. 
Qeyd edək ki, Britaniya parlamentinin İcmalar Palatası bu il “Brexit”lə bağlı sazişi 3 dəfə rədd edib. Aprelin əvvəlində isə Avropa İttifaqını razılıqsız tərk etməyi qadağan edən qanun qəbul olunub. Brüssellə müzakirələrdə razılıq əldə edilmədiyi üçün ölkənin Avropa İttifaqından çıxma vaxtı 3 dəfə dəyişdirilib. Avropa İttifaqının son zirvə görüşündə yekun tarix olaraq oktyabrın 31-i müəyyən olunub.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

15 2019 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 23:54
Daha bir humanist addım

Köhnə versiyamızdan xəbərləri izlə