Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtkin düşmüş kubalılar xilas edilib

İtkin düşmüş kubalılar xilas edilib

Birləşmiş Ştatların sahil-mühafizə xidməti Meksika körfəzində itkin düşmüş 23 nəfəri xilas edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ sahil-mühafizə xidmətinin bəyanatına istinadla bildirilir ki, xilas olunanlardan 22-si Kuba vətəndaşı olub. Onlar ağacdan hazırlanmış qayıqla Kubadan Meksikaya səyahətə çıxıblar, lakin az sonra qayığın mühərrikində nasazlıq yaranıb və səyahətçilər 3 gün açıq körfəzdə qalıblar. Üç gündən sonra balıqçı qayığında körfəzə çıxmış bir nəfər meksikalı içərisində sərnişinlər olan qayığı təsadüfən görüb və onları öz qayığının göyərtəsinə götürüb, lakin az sonra bu qayığın mühərriki də sıradan çıxıb və onlar birlikdə daha üç gün açıq dənizdə köməksiz vəziyyətdə qalıblar.
Bazar günü səhər tezdən kubalı səyahətilərdən birinin qardaşı ABŞ sahil-mühafizə xidmətinə müraciət edərək kömək istəyib. Sahil-mühafizə xidməti balıqçı qayığını axtarmaq üçün öz qüvvələrindən əlavə, “Carnival Fantasy” kruiz laynerinin heyətini də köməyə axtarış-xilasetmə işlərinə cəlb edib. Bundan sonra 23 nəfərin hamısı Meksikanın Yukatan yarımadasından 210 kilometr aralıda tapılıb.
Məlumata görə, xilas edilmiş adamlardan ikisinin sağlamlığı ilə bağlı yüngül problemlər yaranıb və onlara kruiz gəmisində tibbi yardım göstərilib.

Mahmud QƏRİBOV,  “Xalq qəzeti”

15 2019 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin