Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Okeanlar təhlükədədir

Okeanlar təhlükədədir

Dünya okeanının saflığı bəşəriyyətin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir. Bunu Seyşel Adaları Respublikasının Prezidenti Deni Faure deyib. O, Hind okeanının 124 metr dərinliyinə enərək, suyun altında canlı yayım vasitəsilə çıxış edib. Deni Faure deyib ki, “planetimizin döyünən mavi ürəyi” olan okeanlar görünməmiş təhlükə altındadır.
Qeyd edək ki, ötən il dövlət borcunun bir hissəsinin silinməsi müqabilində bu ölkə sahilyanı sularının 21 min kvadratkilometr sahəsini qorunan zona elan edib.
Məlumatı BBC yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

15 2019 22:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə