Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin  Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər  haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli  992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

  1. “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında (2013, № 12, maddə 1539;  2018, № 4, maddə 668 ) aşağıdakı dəyişikliklər edilsin:

1.1.adında “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə, “33 (otuz üç)” sözləri “55 (əlli beş)” sözləri ilə əvəz edilsin.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
  2. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.


    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 15 aprel 2019-cu il
15 2019 18:39 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə