Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.1-ci yarımbənddə “73” rəqəmləri “130” rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.5. 1.1.5-ci yarımbənddə “82” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

1.6. 1.1.6-cı yarımbənddə “68” rəqəmləri “80” rəqəmləri ilə əvəz edilsin;

1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin;

1.8. 1.1.8-ci yarımbənddə “68” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.9. 1.1.9-cu yarımbənddə “61” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.10. 1.1.11.2-ci yarımbənddə “müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri “müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.11. 1.2.2-ci yarımbənddə “109” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.12. 1.2.3-cü yarımbənddə “146” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il.

 

15 2019 18:26 - FƏRMANLAR
FƏRMANLAR
18 İyul 2020 | 23:37
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 130-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 386 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” 2015-ci il 14 iyul tarixli 554 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə