Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il Bakı metrosu 6 yeni qatar alacaq

Bu il Bakı metrosu 6 yeni qatar alacaq

Bu il "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 6 yeni qatar tərkibi, yəni 30 vaqon alacaq.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, artıq bununla bağlı Rusiyanın “Metrovaqonmaş” zavodu ilə müqavilə imzalanıb: “Qatarlar iyun ayından başlayaraq Azərbaycana gətiriləcək və “Bakı Metropoliteni”nin istifadəsinə veriləcək. Yeni qatarlar müasir standartlara cavab verən vaqonlardan ibarətdir. Vaqonlar müasir tipli kondisionerlərlə təchiz edilib. 6 qatar bu ilin sonuna qədər Bakıya gətiriləcək”.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

15 2019 18:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə