Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda kənd təsərrüfatında innovasiyaların tətbiqi üzrə yeni konsepsiya hazırlanır

Azərbaycanda kənd təsərrüfatında innovasiyaların tətbiqi üzrə yeni konsepsiya hazırlanır

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası aqrar sahədə bir sıra layihələr reallaşdırır.

Bunu Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, bu layihələrdən biri kənd təsərrüfatında innovasiyaların tətbiqinə həsr olunub: “Söhbət “Sole foot” layihəsindən gedir. Hazırda biz bu layihə çərçivəsində kənd təsərrüfatında innovasiyaların tətbiqi üzrə yeni konsepsiya hazırlayırıq”.

V.Zeynalov qeyd edib ki, bu layihə prioritet hesab olunur və onun reallaşdırılması uzunmüddətli perspektivi əhatə edir.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 1999-cu ilin martında təsis olunub. Konfederasiyanın tərkibinə 1000-dən çox sahibkarlıq subyekti, eləcə də sosial-iqtisadi profilli 35 assosiasiya və ittifaq daxildir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

15 2019 18:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə