Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kanada şirkəti Azərbaycana investisiyalarını artıracaq

Kanada şirkəti Azərbaycana investisiyalarını artıracaq

Azərbaycanın “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunun işlənilməsi üzrə operator olan Kanadanın “Zenith Energy” şirkəti Kanadada aksiyaların buraxılışı üzrə TSX-V fond birjasının şərti razılığını alıb.

Bu barədə şirkətin məlumatına istinadən xəbər verlir.  Bildirilir ki, “Zenith Energy” şirkəti təsdiq edib ki, sadə aksiyalar 2019-cu il aprelin 5-də lazımi sənədlər verildikdən sonra buraxılıb.

Şirkətin məlumatına əsasən, “Zenith Energy” şirkəti TSX-V-dən yekun təsdiqi gözləyir.

Bildirildiyi kimi, “Zenith Energy” şirkəti bu vəsaitləri Azərbaycanda qazma işlərinə yatırmaq üçün cəlb edir.

Qeyd edək ki, SOCAR və Kanada şirkəti arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2016-cı il martın 16-da imzalanıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

15 2019 18:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin