Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada ən böyük təyyarə ilk uçuş edib

Dünyada ən böyük təyyarə ilk uçuş edib

Stratolaunch Systems şirkəti dünyada ən böyük ikifüzelyajlı (ikigövdəli), altı mühərrikli təyyarənin ilk uçuş sınağını keçirib. Hava gəmisi Los Anceles yaxınlığındakı aerodromdan havaya qalxıb və Kaliforniya ştatının Mohave səhrası üzərindən şimala doğru uçuş edib.

Dünyanın ən böyük təyyarəsi  olan Stratolaunch raketlərin kosmosa çıxarılması üçün uçan start meydanıdır. Uzunluğu 73 metr, kütləsi 250 ton, tam yüklü halda 590 tona qədərdir. Qanadlarının əhatə dairəsi 117 metrdir. Layner Boeing 747 şirkətinin mühərrikləri ilə təchiz edilib.

Şirkətin planlarına görə, 2020-ci ilədək bu hava gəmisi ilk peyki havaya buraxacaq.

NASA-nın astrofiziki Tomas Tsurbuhenin qeyd etdiyinə görə, bu uçuş layihəçilər komandası üçün tarixi hadisədir.  

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

15 2019 18:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə