Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alimlər diabet xəstələri üçün ideal şəhər yeməyi tapıblar

Alimlər diabet xəstələri üçün ideal şəhər yeməyi tapıblar

University of British Columbia-nın (Kanada) alimləri  qayğanağı ikinci tip şəkərli diabet xəstələri üçün ideal səhər yeməyi adlandırıblar. Onların qənaətinə görə, məhz bu xörək qana şəkər yığılmasının qarşısını almağa və gün ərzində qlükozanını səviyyəsinə nəzarət etməyə kömək edir.

Eksperiment könüllülərin üzərində keçirilib. İlk gündə onlar omlet, ikinci gün meyvə ilə yulaf sıyığı yeyiblər. Qalan təamlar tamamilə eyni olub. Bu zaman bədənə bərkidilmiş monitorlar hər beş dəqiqədən bir qanda qlükozanın səviyyəsinə nəzarət edib. Medikal Express jurnalı yazır ki, iştirakçılar həm də özlərinin ac və ya tox olduqlarını, nə isə şirin bir şey istəyib-istəmədiklərini açıqlayıblar.    

Məlum olub ki, tərkibində az karbon və yüksək yağ olan səhər yeməyi (qayğanaq) təkcə qanda şəkər yığılmasından yayınmağa kömək etmir, həm də bütün gün qlükoza səviyyəsini tənzimləyir.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti” 

15 2019 18:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə