Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat seçiciləri arasında

Deputat seçiciləri arasında

Malik Həsənov 67 saylı Cəlilabad şəhər seçki dairəsindən seçilmiş millət vəkilidir. O tez-tez seçicilərinin arasında olur, camaatın qayğıları ilə maraqlanır. Bu baxımdam  rayonun Maşlıq kəndində deputatın seçicilərlə görüşü xarakterikdir.   

Görüşdə ətrafdakı Muğan,Kazımabad və Söyüdlü  kəndlərinin sakinləri də  iştirak ediblər. Seçicilərin qaldırdığı məsələlər əsasən kartof ixracına qoyulmuş rüsum, kənddaxili yollara çınqıl döşənməsi,elektrik dirəklərinin yeniləri ilə əvəz olunması və sairdən ibarət olub. Seçicilərin bəziləri deputata şəxsi xahişlə müraciət ediblər. Xahişlərdən bəziləri öz həllini yerindəcə tapıb, bəziləri aidiyyatı qurumlara  yönəldilib, bəziləri isə nəzarətə götürülüb.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

15 2019 18:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə