Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanda müasir hidrotexniki kompleksin tikintisi başa çatıb

Salyanda müasir hidrotexniki kompleksin tikintisi başa çatıb

Salyanda Sabirabad və Salyan rayonlarının qış otlaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi məqsədi ilə mənbəyini Kür çayından götürən hidrotexniki qurğunun tikintisi başa çatıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin baş mühəndisi Xosrov İmaməliyev bildirib ki, dövlətimizin başçısının müvafiq Sərəncamına uyğun olaraq Sabirabad və Salyan rayonlarının qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində inşa olunan müasir hidrotexniki kompleksin inşası başa çatdırılıb və yaxın müddətdə istismara veriləcək.

Dövlət investisiyası hesabına inşa edilən hidrotexniki qurğu kompleksinə su sərfi saniyədə 13,7 kubmetr olan 11 aqreqatlı nasos stansiyası və Kür çayına birləşən suqəbuledici qurğu daxildir. Suqəbuledici qurğu vasitəsi ilə Kür çayından götürülən su hovuzda duruldularaq 3,2 kilometri 3 xəttli 1800 diametr təzyiqli kompozit boru kəmərləri və 12 kilometrlik açıq beton kanal vasitəsi ilə suvarma suyu qış otlaq sahələrinə nəql ediləcək. Bundan başqa inşa olunmuş hidrotexniki kompleksə daxil olan 3,2 kilometr uzunluqda sutullayıcı kanal və su sərfi saniyədə 3,3 kubmetr olan drenaj nasos stansiyası, açıq və qapalı suyığıcılar və qapalı drenlər inşa edilib. Yeni suvarma kompleksinin digər qurğulardan fərqləndirən əsas özəlliklərindən biri orada sudurulducu hovuzların olmasıdır. Belə ki, suvarma suyunun duruldulması gələcəkdə ərazidə müasir suvarma texnologiyalarından, o cümlədən “pilot” və “damcılama” suvarma sistemlərindən istifadə edilməsinə imkan yaradacaq. Eyni zamanda duruldulmuş suyun istifadəsi zamanı texniki qurğuların və nasosların uzunmüddətli istismarı təmin ediləcək.

Kompleksin istismara verilməsi ilə 15 min 950 hektar, o cümlədən Sabirabad rayonunda 14 min 319 və Biləsuvar rayonunda isə 1631 hektar əraziyə suvarma suyu nəql ediləcək. Növbəti mərhələlərdə isə Salyan rayonunun qış otlaq əraziləri suvarma suyu ilə təmin ediləcək.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

15 2019 17:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə