Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabirabadda heyvanlar arasında kəskin yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər görülür

Sabirabadda heyvanlar arasında kəskin yoluxucu  xəstəliklərə qarşı profilaktik tədbirlər görülür

Sabirabadda heyvanlar arasında kəskin yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən  bildiriblər ki, Sabirabad rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər aparılır.

Sabirabad Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 120 min baş iribuynuzlu, 2690 baş təkdırnaqlı heyvanda qarayara, 5600 baş sahibli itdə quduzluq və 900 min baş cücədə nyukasıl (“La-sota” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri icra olunub.

Fevral ayından Sabirabad rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 51547 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

15 2019 17:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə