Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İradə Gülməmmədova Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbul keçirdi

İradə Gülməmmədova Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbul keçirdi

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Pirəkəşkül kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, eləcə də xidmət təşkilatlarının rəhbərləri və KİV nümayəndələri iştirak edib.

Görüşdən əvvəl Pirəkəşkül kənd orta məktəbinin  ərazisində şəhid Elçin Süleymanovun xatirəsinə ucaldılan abidəsi önünə tər çiçəklər düzülüb, Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Abşeron RİH başçısı İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun məqsədinin ortaya çıxan problemlərlə yerlərdə tanış olmaq, araşdırmaq və həlli istiqamətində addımlar atmaq olduğunu bildirib.

Səyyar qəbulların bundan sonra da davam edəcəyini vurğulayan başçı daha sonra Abşeronda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini ilə bağlı mühüm addımların atıldığını bildirib. 

Daha sonra kənd sakinləri kəndin su probleminin həll olunmasında göstərdiyi köməkliyə görə icra başçısına təşəkkürlərini bildirərək qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin əhəmiyyətini vurğulayıblar. Sakinlər əsasən mənzillərə verilən elektrik enerjisinin gücünün artırılmasına, yeni salınan məhəllələrdə daxili yolların abadlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər. 

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib. 

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

15 2019 17:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin