Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millət vəkili İtaliyanın ermənipərəst mövqeyini ittiham etdi

Millət vəkili İtaliyanın ermənipərəst mövqeyini ittiham etdi

Milli Məclisin deputatı Qənirə Paşayeva İpaliya parlamentinin bugünlərdə qəbul etdiyi uydurma “etməni soyqırımı” barəqdə ermənipərəst qərarını kəskin ittiham edib. Azərbaycan parlamentinin üzvünün mediada yayılmış açıqlamasında deyilir:

- İtaliya bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun üzvü kimi neytrallığına kölgə saldı. İtaliyanın Leqa Partiyasının bu qondarma “erməni soyqırımı”ndan Avropa Parlamentinə seçkilərdə səslərini artırmaq məqsədilə səhnələşdirdiyi oyuna alət kimi istifadə etməsi qəbuledilməzdir. Qondarma soyqırım haqda qərar qəbul edən İtaliya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəinki ədalətli, heç neytral da ola bilməz.

Qənirə Paşayeva daha sonra bildirib ki, biz hamımız bu məsələyə biganə qalmayıb etirazımızı sosial media üzərindən İtaliya millət vəkillərinə, parlamentinə çatdırmalıyıq. Bu çox ciddi məsələdir. Qardaş Türkiyə və Türk dünyası gəncliyini, İtalyada yaşayan türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən İtaliya rəhbərliyinə, parlamentinə, millət vəkillərinə və ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millət olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi və gerçəkləri daim yaymaqda israrlı olduğumuzu və olacağımızı görməlidir. 

Like all attempts politicizing history,this decision of the Italian Chamber of Deputies is also null & void. It is unacceptable that the Italian Parliament has become an instrument of the game played by the xenophobic Lega party that is seeking votes for the European Parliament.#İtaly

 

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

15 2019 13:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Aprel 2019 | 12:35
Sabirabadda “Oxu günü”

Ən son xəbərləri səhifəmizdən də izləyin