Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxanada “Tofiq Mütəllibov-90” adlı kitab sərgisi açılmışdır

Milli Kitabxanada “Tofiq Mütəllibov-90” adlı kitab sərgisi açılmışdır

Azərbaycan Milli Kitabxanasında görkəmli şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibovun anadan olmasının 90 illiyi münasibətilə “Tofiq Mütəllibov-90” adlı kitab sərgisi açılmışdır.

XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən T.Mütəllibov 30-a yaxın kitabın müəllifidir. “Görüş”, “Şeirlər”, “Bəxtiyar balalar”, “Gözəllikdən doymur ürək”, “Sənin xətrinə”, “Danışan çiçəklər”, “Mənim əzizlərim”, “Görüş yerimiz” və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən “Sevənlərin ürəyi” adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət etmiş, onun sözlərinə bəstələnən mahnılar sevilə- sevilə dinlənilmişdir.

Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə 1989-cu ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, bir neçə dəfə Azərbaycan SSR-nin Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

Sərgidə şairin əsərləri, redaktoru olduğu, tərcümə etdiyi, sözlərinə yazılmış musiqilər və şair haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 2019 13:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə