Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kreditlərin sorğulanması bölümü yeniləndi

Kreditlərin sorğulanması bölümü yeniləndi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) problemli kreditlər üzrə təzminat alacaq bütün ölkə vətəndaşlarının tam siyahısını rəsmi saytda (https://pk.fimsa.az/) açıqlayıb. Bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bildirib. O deyib ki, portalda problemli kreditlərin sorğulanması bölümündə yenilənmə işləri artıq başa çatıb:

“Saytda “Kompensasiya məbləğinin sorğulanması” bölümündə bəzi vətəndaşlar öz məlumatlarını daxil edərkən, “məlumatlarınız yenilənir” cavabını alırdı. Bu gündən etibarən məlumatlar yenilənib. Fərmana uyğun olaraq, adları kompensasiya, yaxud restrukturizasiyaya düşənlərin adı “Kompensasiya məbləğinin sorğulanması” bölümündə var. Fəaliyyətdə olan və bağlanmış banklardan kredit götürən və fərmandan yararlanacaq şəxslər həmin bölümdə məlumat əldə edə bilərlər”. E.Allahverdiyev qeyd edib ki, fərman milyona yaxın əhaliyə şamil olunur.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş borclarına güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 13:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin