Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad Rəhimov: "Formula 1" Azərbaycan Qran prisinin keçirilməsi ilə bağlı ləngimələr yoxdur

Azad Rəhimov:

Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə bildirib ki, "Formula 1" Azərbaycan Qran prisinin keçirilməsi ilə bağlı heç bir problem və ləngimə yoxdur.

A.Rəhimov qeyd edib ki, bundan əvvəlki 3 ildə yarış hansı səviyyədə keçirilirdisə, bu il də eyni səviyyədə olacaq: “Çox istəyərdik ki, 2017-ci ildə keçirilən "Formula 1" yarışları kimi builki yarışlar da maraqlı keçsin".

Bilet satışı haqqında danışan A.Rəhimov bildirib ki, bilet satışları da uğurla davam edir. Onun sözlərinə görə, ən çox bileti Rusiya, İngiltərə, Monako, Niderland və Türkiyə vətəndaşları alıblar.

 

“Xalq qəzeti”

15 2019 12:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin