Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AAYDA sədri Cəbrayılda vətəndaşları qəbul edəcək

AAYDA sədri Cəbrayılda vətəndaşları qəbul edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)  İdarə heyətinin sədri Saleh Məmmədov aprel ayının 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə AAYdanın ictimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Qəbul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Cocuq Mərcanlı kəndində yerləşən “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında saat 11:00-da keçiriləcək.

Qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

15 2019 12:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin