Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəranda 9 mina tapılıb

Lənkəranda 9 mina tapılıb

Ötən gün Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentliyin mütəxəssisləri Dövlət Sərhəd Xidmətinin və Lənkəran şəhər rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində  9 ədəd təlim məqsədli tank əleyhinə mina və 1 ədəd təlim məqsədli tüstü şaşkası aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim məqsədli minaların və tüstü şaşkasının ətrafında  300 kv.m əraziyə

yerüstü,  100 kv.m əraziyə isə  yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

15 2019 12:11 -
26 Sentyabr 2019 | 23:08
Yeni model istehsal edilib
20 Sentyabr 2019 | 12:01
Atəşkəs rejimi 21 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə