Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni təsis edilən aylıq təqaüdlər aprelin sonuna kimi ödəniləcək

Yeni təsis edilən aylıq təqaüdlər aprelin sonuna kimi ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun sosial şəbəkədə yaydığı açıqlamasında deyilir: “ Bildiyiniz kimi, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü təsis edilib.

Aprel ayı üzrə pensiyaların ödənişinə başlanılsa da, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyalarla birgə yeni təsis olunmuş təqaüdlərin hələ ki, verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur.
Qeyd olunan təqaüdlər yeni təsis olunduqları üçün bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur.

Ona görə də vətəndaşların diqqətinə çatdırırıq ki, onlar həmin yeni təsis olunmuş təqaüdlərini elə aprel ayından alacaqlar. Yəni əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün yeni təyin olunmuş aylıq təqaüdlərin elə aprel ayından hesablanmaqla bu ayın sonunda verilməsi təmin olunacaq”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 11:58 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin