Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir-birindən bəhrələnən mədəniyyətlər

Bir-birindən bəhrələnən mədəniyyətlər

Bu il aprelin 11-də Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub. Bu əlamətdar hadisə ölkə ictimaiyyətində dərin maraq hissi ilə qarşılanıb. Bakı Dövlət Universitetinin (BDU) professoru, filologiya elmləri doktoru Leyla Gərayzadə bu barədə dedi: 

– Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi xəbərini eşidib çox sevindim. Hesab edirəm ki, bu mühüm tədbir xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirməyə xidmət edir. 
Mən uzun illərdir ki, BDU-nun tələbələrinə rus ədəbiyyatı fənnini tədris edirəm. Qeyd etmək lazımdır ki, istər klassik, istərsə də müasir rus ədəbiyyatı dünya ədəbiyyatının, bütövlükdə, bəşər mədəniyyətinin ən parlaq zəhifələrindən biridir. 
Ölkəmizdə rus dili və mədəniyyətinə maraq hər zaman böyük olub. Təsadüfi deyil ki, Azərbaycanda rus dilində çox sayda orta məktəblər, Rusiyanın aparıcı ali məktəblərinin filialları, Rus Dram Teatrı və digər mədəniyyət ocaqları uğurla fəaliyyət göstərir. Rusiya xalqı da Şərq mədəniyyətinə, o cümlədən qədim və zəngin Azərbaycan mədəniyyətinə dərin hörmət və rəğbətlə yanaşır. İki xalqın mədəniyyəti bir-birindən öyrənir və bəhrələnir.   
Sevindirici haldır ki, son illər müstəqil Azərbaycan və Rusiya dövlətləri arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Mən Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimində  Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun səsləndirdiyi bu sözlərlə tamamilə şərikəm: “Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində aralarında səmimi, etimada söykənən münasibətlərin olduğu prezidentlər Vladimir Putinin və İlham Əliyevin mühüm rolu var”. 
Bu məqamda xalqımızın bu gözəl deyimini xatırladım: “Dost gəlişi bayram olar”. Həqiqətən, belədir! Həqiqi dostluq, qardaşlıq böyük sərvətdir. Nə yaxşı ki, müstəqil dövlətlərimiz, xalqlarımız dost, qardaş kimi davranırlar, bir-birinin tarixinə, ədəbiyyatına, mədəniyyətinə hörmətlə yanaşırlar. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti” 

 

 

13 2019 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin