Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məktəblilər Bayraq Muzeyində

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ictimai fəal gənclərin bir qrupunun, məktəblilərin Sumqayıt Bulvarında yerləşən Bayraq Muzeyinə səfəri təşkil olunub. Tədbirdə çıxış edən Baş idarənin rəisi Elgün Hümbətov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, məktəblilər arasında dövlət rəmzlərini təbliğ etmək, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işini gücləndirmək, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Tədbirdə "Şahin” hərbi-idman oyunlarının şəhər birinciliyində müvafiq olaraq I, II, III yerlər tutan Təbiət Elmləri Təmayüllü Gimnaziya, 5 nömrəli tam orta məktəb, eləcə də  Texniki və Təbiət Elmləri Liseyinin komandalarına Baş idarənin fəxri fərman və kubokları təqdim edilib.

Sonra tədbir iştirakçıları Bayraq Muzeyinin inzibati binası və eksponatlarla tanış olub, xatirə şəkli çəkdiriblər.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

13 2019 14:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə