Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada heç kəsin siqaret çəkmədiyi yeganə ada

Yerli sakinlər şəxsi nümunələri ilə turistləri zərərli vərdişdən əl çəkməyə vadar edirlər.

Yunan adası Astipaleya yerli hakimlərin qeyri-adi təşəbbüsü sayəsində bütün dünyada məşhurlaşıb. Mer rəsmi olaraq adanı siqaret çəkilməyən yer elan edib. Bir neçə il ərzində burada sağlam həyat tərzi və ekoloji şüur səviyyəsinin yüksəldilməsi üzrə fəal təbliğat aparılıb. Buna görə də indi adada bir nəfər də siqaret çəkən yoxdur. Zərərli vərdişi olan turistləri Astipaleyadan qovmurlar, amma burada ictimai yerlərdə siqaret çəkməyə icazə verilmədiyi kimi, tütün məmulatları da almaq olmaz. Əvəzində qonaqlara fəal idman əyləncələri, gözəl yerli təamlar, eləcə də heyrətamiz çimərliklərləri olan büllur kimi saf sulu dəniz təklif edilir.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

13 Aprel 2019 14:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə