Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriya KİV-ləri AFR-i Polşadan öz torpaqlarını qaytarmağı tələb etməyə çağırıb

Almaniyaya Polşanın 900 milyard dollarlıq təzminat tələbinə cavab vermək təklif olunub. Avstriyanın Contra Magazin nəşri jurnalistlərin alman tərəfini Varşavadan ona məxsus qərb vilayətlərini qaytarmağı tələb etməyə çağırdıqları bir məqalə dərc edib.

Contra Magazinin yazdığına görə, Varşava İkinci dünya müharibəsində vurulmuş ziyana görə Berlindən 900 milyard ABŞ dolları almaq niyyətini bəyan edib. AFR-in artıq xeyli təzminat ödəməsinə baxmayaraq, belə bir məsələ qaldırılır. Bundan başqa, Polşanın hakim dairələri hələ 1953-cü ildə bir daha təzminat məbləğləri almayacaqlarını bildirib, üstəlik də Polşaya yalnız idarəetməyə verilən qərbi-alman torpaqlarını “ələ keçiriblər”.

“Bu halda sual yaranır ki, Berlin Varşavanın 900 milyard dollar ödəmək  tələbinə cavab addımı kimi qərbi-alman torpaqlarını geri istəməməlidirmi? Yəni, əgər siz utanmaz tələb irəli sürürsünüzsə, biz də eynisini edəcəyik” – deyə Mixail Ştayner öz məqaləsində yazır.

Contra Magazine xatırladır ki, Polşa prezidenti Anjey Duda bir vaxt İkinci dünya müharibəsində Polşaya vurulmuş ziyana görə AFR-in təzminat verməsi məsələsi əvvəlkitək açıq qalır.

Məqalə müəllifinin fikrinə görə, çətin ki, AFR-in indiki və ya gələcək hökumətləri Polşadan ərazi tələb edələr, amma bu, “polşalı siyasətçilərin abırsız hərəkətinə uyğun cavab olardı”. O həmçinin əlavə edib ki, belə bir addımı suveren alman hökumətindən gözləmək olardı, Avropa İttifaqının içində tamamilə əriməyi qət etmiş Berlindən isə - yox.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

13 Aprel 2019 14:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə