Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Agentlik sədri Cocuq Mərcanlıya gedəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov aprel ayının 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edəcək. Bu barədə AAYDA-nın mətbuat xidmətindən məlumat verilib.

Qəbul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Cocuq Mərcanlı kəndində yerləşən “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında saat 11:00-da keçiriləcək. Qəbulda Cocuq Mərcanlı kəndinin, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

13 2019 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə