Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Firudin bəy Köçərlinin elektron məlumat bazası yaradılıb

Mədəniyyət Nazirliyinin dəstəyi və Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin fundamental biblioqrafiya kitabı əsasında hazırlanan elektron məlumat bazası oxuculara təqdim edilib.

Təqdimat mərasimində 11 bölmədən ibarət elektron məlumat bazasında ədibin həyat və yaradıcılığının əsas məqamları, onun müdrik deyimləri, görkəmli şəxsiyyətlərin şair haqqında söylədiyi fikirləri, əsərləri, xatirəsinin əbədiləşdirilməsi, Firudin bəy Köçərliyə həsr edilmiş şeirlər, foto və videoqalereya bölmələri barədə ətraflı məlumat verilib. Elektron bazanın 1911-2018-ci illəri əhatə etdiyi vurğulanıb.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova Firudin bəy Köçərli ilə yanaşı, digər şair və yazıçıların elektron məlumat bazalarının yaradılması istiqamətində görülən işlərdən bəhs edib.

Bakı Dövlət Universitetinin dosenti Nəzakət Hüseynova, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, tədqiqatçı Pərixanım Mikayılqızı Firudin bəy Köçərlinin uşaq ədəbiyyatı ilə bağlı yaradıcılığından danışıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

13 2019 11:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə