Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması gündəmdədir

Mədəniyyət  naziri Əbülfəs  Qarayev bildirib ki, Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması istiqamətində görülən işlərlə şəxsən Birinci vitse-prezident məşğul olur.Heykəlin ucaldılması ilə bağlı işlər Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilir: “Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində heykəlinin ucaldılmasına həssaslıqla yanaşmaq lazımdır. Heykəlin ucaldılması üçün yer müəyyənləşdiriləcək. Daha sonra heykəlin hazırlanması üçün müsabiqə elan olunacaq. İşlər qaydasında gedir. Heykəlin hansı rayon ərazisində ucaldılacağı ilə bağlı öncədən məlumat vermək isə düzgün deyil”.

Xatırladaq ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevə heykəl ucaldılması barədə təklifi  Əməkdar artist Bəhram Bağırzadə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşündə səsləndirib. Dövlət başçısı isə B.Bağırzadənin təklifini dəstəkləyib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

13 Aprel 2019 11:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə